Interposta.Info

Türkiyədə polisləri daşıyan avtomobil qəzaya uğradı

Dünya
 27-10-2017, 11:56     9 446

Türkiyənin İzmir əyalətinin Bornova rayonunda içərisində polis əməkdaşları olan avtomobilin qəzaya uğraması nəticəsində 2 polis ölüb, 3-ü yaralanıb.

interposta.info Haber 7-yə istinadən xəbər verir ki, sürücü idarəetməni itirərək avtomobili yolun kənarındakı beton dirəyə çırpıb.

Qəzanın yaranmasına səbəb kimi polisləri daşıyan avtomobilin başqa bir avtomobil tərəfindən sıxışdırılması göstərilir.

Yaralı polis əməkdaşları xəstəxanaya yerləşdirilib. Həkimlər onların vəziyyətinin ağır olduğunu bildiriblər.

Qəza ilə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26