Interposta.Info

Polis rəisinin oğlu Zığda ağır qəzaya düşdü -

Ölkə
 7-06-2017, 11:52     613

Bakının Xəzər rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

interposta.info
"Report"a istinadən xəbər verir ki, 26 yaşlı Hacıyev Əli Etibar oğlu idarə etdiyi "Hunday" markalı avtomobil ilə Zığ yolunda hərəkətdə olarkən sürət həddini aşıb və maşın idarəetmədən çıxaraq yolun kənarındakı yamacdan aşağı doğru aşıb.

Nəticədə sürücü Əli Hacıyev və avtomobildə olan 31 yaşlı sərnişin Nəsrullayev Şamil Mürsəl oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Avtomobil deformasiyaya uğrayıb.

Qeyd edək ki, Əli Hacıyev respublikanın rayon yol polisi şöbələrindən birinin rəsi olan Etibar Hacıyevin oğludur.

Faktla bağlı Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26