Interposta.Info

Sərxoş sürücü maşını yanacaqdoldurma məntəqəsinə vurdu -

Ölkə
 13-11-2017, 10:35     6 008

Bakının Nizami rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

interposta.info report-a istinadən xəbər verir ki, 28 yaşlı Rzayev Samir Akif oğlu idarə etdiyi "10-UO-528" dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobillə Elşən Süleymanov küçəsində hərəkətdə olarkən sürət həddini aşdığı üçün idarəetmədən çıxıb.

Nəticədə maşın əvvəlcə yol kənarındakı səkiyə çırpılıb. Bu zaman avtomobilin ön təkəri qırılıb. Ardınca avtomobil Rüstəm Rüstəmov küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin beton səddinə dəyib.

Qəza nəticəsində avtomobildə olan sürücü S.Rzayev və 28 yaşlı sərnişin Ağayev Yavər Baloğlan oğlu xəsarət alıb. Hər iki yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, Y.Ağayevin vəziyyəti ağırdır.

Hadisə yerinə Nizami Rayon Dövlət Yol Polis şöbəsinin əmməkdaşları gəlib.

Müəyyən olunub ki, hadisəni törədən sürücü S.Rzayev maşını sərxoş vəziyyətində idarə edib. Qəzaya uğramış avtomobil cərimə meydançasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26