Interposta.Info

Sumqayıtda maşın yanacaqdoldurma məntəqəsinə çırpıldı:

Ölkə
 31-01-2019, 23:37     10 363

Sumqayıt şəhərinin girəcəyində yerləşən "Azpetrol" yanacaqdoldurma məntəqəsində qəza baş verib.

"Report” xəbər verir ki, yol ilə hərəkətdə olan "50-DC-079" dövlət qeydiyyat nişanlı "Ford" markalı minik avtomobili idarəetmədən çıxaraq YDM-in ətrafındakı daş maneəyə çırpılıb.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Daha əvvəl Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26