Interposta.Info

Bakıda avtomobil səki və işıqfora çırpıldı – VİDEO

Ölkə
 17-10-2017, 17:22     8 028

Nəsimi rayonu ərazisində avtomobilin aşması ilə nəticələnən yol qəzası olub.

interposta.info ARB TV-yə istinadən xəbər verir ki, hadisə Hənifə Ələsgərov küçəsində qeydə alınıb.

22 yaşlı Nicat Kamilzadə idarə etdiyi "Toyota" markalı avtomobillə Tbilisi prospekti istiqamətində hərəkətdə olarkən, yolun təmir işləri gedən hissəsini görmədiyi üçün idarəetməni itirib və avtomobil aşaraq əvvəlcə səkiyə, ardınca isə işıqfora çırpılıb.

Nəticədə sürücü xəsarət almasa da, maşın deformasiyaya uğrayıb. Yol infrastrukturuna ciddi ziyan dəyib. Aşmış avtomobil Yol Patrul Xidməti əməkdaşları tərəfindən cərimə meydançasına yerləşdirilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26