Interposta.Info

Sədr avtomobil qəzasında öldü

Ölkə
 4-05-2019, 20:20     10 775

Samux rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

İnterPosta.info
ONA-ya istinadən xəbər verir ki, hadisə rayonun Tatlı kəndinin yaxınlığında qeydə alınıb.

Belə ki, Goranboy sakini idarə etdiyi "Mercedes” markalı, "22-BJ-656” dövlət qeydiyyat nömrəli avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil ağaca çırpılıb, daha sonra kanala düşüb.

Sürücü hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, ölən şəxs Goranboy rayonu Baxçakürd kənd bələdiyyə sədridir. Faktla bağlı araşdırma aparılır.

GoldMedia.Az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26