Interposta.Info

Gəncədə ağır qəza -

Ölkə
 21-07-2017, 13:18     600

Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın veridyi məlumata görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb. "Mercedes” markalı avtomobil yolu keçən 1993-cü il təvəllüdlü Bağırova Dilarə Məzahir qızı və onun 4 aylıq oğlan uşağını vurub. Məlumata görə, qadın hadisə yerində dünyasını dəyişib. Onun övladı isə özəl xəstəxanaların birinə aparılıb.

Qeyd edək ki, "Mercedes” qadını və onun uşağını vurduqdan sonra Daewoo markalı avtomobilə çırpılıb.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26