Interposta.Info

Bakıda 4 avtomobil toqquşdu -

Ölkə
 13-05-2017, 11:02     605

Bakıda bir neçə avtomobil toqquşub, xəsarət alan var.
interposta.info
xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, Bülbül prospekti ilə hərəkət edən "Lada Priora" markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil Bəşir Səfəroğlu ilə küçənin kəsişməsində yol kənarında dayanan "BMW", "Lexus" o cümlədən hərəkətdə olan "Chevrolet" markalı avtomobillərə çırpılıb.
Hadisə nəticəsində "Lada Priora" deformasiyaya uğrayıb, onun sürücüsü isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən araşdırma aparılır. (Report)

interposta.infoBakıda 4 avtomobil toqquşdu -
Bakıda 4 avtomobil toqquşdu -
Bakıda 4 avtomobil toqquşdu -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26