Interposta.Info

Bakıda sərxoş sürücü zəncirvari qəzaya səbəb oldu –

Ölkə
 3-06-2017, 17:05     590

Bakının Nəsimi rayonunda zəncirvari yol qəzası baş verib.

ARB TV xəbər verir ki, hadisə "Şamaxinka" adlanan ərazidə qeydə alınıb.

Yüksək sürətlə hərəkətdə olan "Mercedes"in sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yol kənarında dayanan taksi sürücüsü Səxavət İbrahimova məxsus “Azsamand” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin təsirindən “Azsamand” qarşısında olan "Mercedes"ə dəyib.

Hadisə şahidlərinin sözlərinə görə, qəza yerindən yayınan “Mercedes”in sürücüsü sərxoş vəziyyətdə olub. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

interposta.info bildirir ki, faktla bağlı araşdırmalar aparılır.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26