Interposta.Info

Bakıda dəhşətli qəza:

Ölkə
 31-03-2017, 19:33     676

İki nəfərin ölümü ilə nəticələnən qəza Bakının Yasamal rayonu ərazisində baş verib.

ARB TV xəbər verir ki, Cəfər Cabbarlı küçəsində yüksək sürətlə hərəkət edən "Mercedes" markalı avtomobil digər iki "Mercedes"i, daha sonra yol kənarında dayanan piyadanı vurub və ağaca çırpılaraq dayanıb.

Zərbənin təsirindən piyada 50 metr kənarda olan reklam lövhəsinə çırpılıb. Qəzanı törədən “Mercedes”in sürücüsü hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişinlər - 26 yaşlı Əhməd Müzəffərov, 22 yaşlı Əmrah Ağabalayev və Anar adlı şəxs xəstəxanaya çatdırılıb. Piyada 34 yaşlı Elçin Ağayev isə tibb müəssisəinə aparılarkən yolda keçinib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Deformasiya uğrayan avtomobil cərimə meydançasına aparılıb.

interposta.info bildirir ki, faktlarla bağlı araşdırma aparılır.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26