Interposta.Info

Bakıda 3 avtomobil toqquşub, xəsarət alanlar var- VİDEO

Ölkə
 31-05-2017, 19:50     520

Bakıda 3 avtomobil toqquşub, xəsarət alanlar var.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, Heydər Əliyev prospektində 3 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəza zamanı “Lexus” markalı avtomobil yüksək sürətlə hərəkət edən zaman eyni istiqamətdə hərəkət edən “Volkswagen” markalı avtomobilə çırpılıb. Sonuncu avtomobil yolun əks tərəfi ilə hərəkət edən “Hyundai” markalı avtomobilə çırpılıb. Qəza zamanı 3 nəfər xəsarət alıb.

Şahidlərin dediyinə görə, hadisədən sonra sürücülər arasında əlbəyaxa dava olub. Nəticədə 26 yaşlı Hüseynov Turab Mehdi oğlu döyülüb.

Yaralıların hamısı xəstəxanalara yerləşdirilib.

interposta.info bildirir ki, qəzanın səbəbləri araşdırılır.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26