Interposta.Info

Avropa Bankı üzərində Atatürkün şəkli olan avro çap etdi (FOTOLAR)

Dünya
 26-01-2019, 15:17     10 507

Avropa Mərkəzi Bankı üzərində Mustafa Kamal Atatürkün rəsmi olan avro əskinasları çap edib.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, layihə türk numizmat Özgür Honaşın təşəbbüsü ilə həyata keçirilib. 5 min ədəd çap olunan "Atatürklü avrolar" turizmdə reklam və xatirə məqsədilə istifadə ediləcək. Avropa Mərkəzi Bankının belə layihələr reallaşdırdığını öyrənən Honaş müraciət edib və müsbət cavab alıb. Pul vahidinin dizaynı holland Kristian Petermann tərəfindən həyata keçirilib.

Özgür Honaş əskinasları təsdiq üçün prezident Rəcəb Tayyib Ərdoğana təqdim edəcək. Numizmat gələcəkdə prezident seriyası yaratmağı və Türkiyə rəhbəri olmuş şəxslərin fotoları yer alan avrolar çap etdirməyi planlaşdırır. "Çanaqqala Zəfəri", "15 iyul hadisələri" ilə əlaqədar pul vahidlərinin hazırlanması da ideyalar arasındadır.

İnterPosta.info

Avropa Bankı üzərində Atatürkün şəkli olan avro çap etdi (FOTOLAR)Avropa Bankı üzərində Atatürkün şəkli olan avro çap etdi (FOTOLAR)Avropa Bankı üzərində Atatürkün şəkli olan avro çap etdi (FOTOLAR)

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26