Interposta.Info

Ramil Usubovdan yeni rəis TƏYİNATI

Ölkə
 11-05-2018, 10:01     10 360

Bakıdakı polis bölmələrindən birinə yeni rəis təyinatı olub.

"XeberBiz" "Ölkə.az”a istinadən məlumatına görə, daxili İşlər Naziri Ramil Usubovun imzaladığı əmrlə Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin rəisi vəzifəsinə Məhşur Hüseynov təyin edilib.

Qeyd edək ki, bu vəzifəyə kimi M.Hüseynov Nərimanov RPİ-nin 17-ci Polis Bölməsində rəis müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, ötən ilin dekabr ayında Daxili İşlər Naziri Ramil Usubovun əmri ilə 2-ci polis bölməsinin rəisi Sahib Babayev vəzifəsindən azad olunaraq Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə rəis təyin olunub. Həmin müddətdən 2-ci Polis Bölməsində rəis vəzifəsi boş idi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26