Interposta.Info

Ramil Usubov yeni rəis təyin etdi

Ölkə
 25-04-2018, 14:18     10 457

Bakının polis bölmələrindən birinə yeni rəis təyin olunub.

"XeberBiz" report-a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə polis polkovniki Yasər İbadov Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin rəisi təyin edilib.

Qeyd edək ki, Yasər İbadov bundan əvvəl Sumqayıt Şəhər Polis İdarəsinin 1, 2, 3 və 4-cü Polis Bölmələrinin rəisi, Qaradağ Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini olub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26