Interposta.Info

Ramil Usubov yeni rəis təyin etdi

Ölkə
 10-02-2018, 20:47     10 613

Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə yeni rəis təyin olunub.

interposta.info
APA-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Gəncə şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsinin rəisi, polkovnik-leytenant Vüqar Xəlilov vəzifəsindən azad edilərək Kəpəz rayon Polis İdarəsinə rəis təyin olunub. O bu gün işləyəcəyi kollektivə təqdim edilib.

Qeyd edək ki, Kəpəz rayon Polis İdarəsinin rəisi Azər Tağıyev ötən ilin dekabr ayında daxili işlər nazirinin əmri ilə Saatlı rayon Polis Şöbəsinə rəis təyin edilmişdir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26