Interposta.Info

Meksikalı kovboy silahlı qarətin qarşısını aldı –

Ölkə
 26-04-2018, 12:08     10 376

Meksikanın Monterey şəhərində kovboy papağında olan yaşlı müştəri super-marketin kassasını yarmağa çalışan silahlı oğrunu zərərsizləşdirib.

interposta.info BBC-yə istinadən xəbər verir ki, dükanın təhlükəsizlik kamerasının obyektivinə düşmüş insident aprelin 23-də baş verib.

Gənc oğrunun bir anlıq üzünü kənara çevirməsindən istifadə edən yaşlı müştəri çevik hərəkətlə arxadan qollarını tutaraq,onu tapançanı yerə atmağa məcbur edib.

Dükanın işçisinin köməkliyi ilə oğrunun aradan çıxmasına imkan verilməyib və polis hadisə yerinə gələrək cinayətkarı həbs edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26