Ev sahibi oğrunun üzünü yandırdı -
Tovuzda yerli sakin yanıq xəsarətləri alıb.
ARB TV xəbər verir ki, rayonun Yuxarı Öysüzlü kənd sakini, 28 yaşlı Emil Mehralıyev üz nahiyəsindən yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
İlkin məlumatlara görə, Mehraliyev oğurluq məqsədi ilə başqasının evinə daxil olub və bu zaman ev sahibi onun üzünə qaynar su atıb.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26