Interposta.Info

Ana 13 yaşlı qızının bəkarətini satışa çıxardı - 1,5 milyona “müştəri” tapdı

Dünya
 19-01-2018, 18:37     10 416

Rusiyada 35 yaşlı qadın 13 yaşlı qızının bəkarətini satışa çıxarıb.

"BakuPost” Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə Çelyabinsk əyalətində baş verib. Məlumata görə, qadın qadın müxtəlif saytlar və rəfiqələri vasitəsilə elan verib, qızının bakirəliyini pozmaq qarşılığında 1,5 milyon rubl istəyib.

Uşağa "müştəri” də tapılıb. Razılıq əldə olunandan sonra qadın qızı və rəfiqəsi ilə bilet alaraq paytaxta gəlib. Restoranda baş tutan planlaşdırılmış görüşdə "müştəri”dən sözügedən məbləğ alınıb. Onlar otelə getmək üçün restorandan çıxanda isə polis tərəfindən ələ keçirilib. Qadınlar həbsxanaya, insan alverinin qurbanı olan 13 yaşlı qız isə tibb müəssisəsinə göndərilib.

Məlum olub ki, tapılan "müştəri” elə polis işçisi olub. Belə ki, Daxili İşlər Nazirliyi qızının bakirəliyini satışa çıxaran qadını yaxalamaq üçün belə bir üsula əl atıb.

DİN- rəsmisinin sözlərinə görə, ana və rəfiqəsini 3 ildən 12 ilədək həbs cəzası gözləyir.

interposta.info

Ana 13 yaşlı qızının bəkarətini satışa çıxardı - 1,5 milyona “müştəri” tapdı

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26