Interposta.Info

Bakıda yaşlı qadına qarşı inanılmaz fırıldaqlıq: görüntülər kameraya düşüb

Ölkə
 22-04-2018, 21:02     10 489

Bakıda yaşadığı binanın qarşısında kənd məhsulu satan yaşlı qadına qarşı fırıldaqlıq edilib.

"XeberBiz" "Xəzər TV"yə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsində 60 yaşlı Müşgünaz Cəfərovanın başına gəlib. Qadının sözlərinə görə, bir neçə ildir kənddən ona gələn ağartı məhsullarının həyətdə satışı ilə məşğul olur. Ötən gün ona müştəri kimi yaxınlaşan qadın inanılmaz bir dələduzluq edib.

Həmin naməlum qadınla Müşgünaz Cəfərovanın yaxınlıqda olan binaya getmək görüntüləri ərazidəki kameralara da düşüb. Görüntülərdən aydın olur ki, qadın satıcının onunla evə qalxmasını istəmir. O, əli ilə Müşgünaz Cəfərovaya eyvanın altında durmağı göstərir.

Təhlükəsizlik kameralarına düşən görüntüdən aydın olur ki, təxminən 30-35 yaşlı qadın, satıcının binanın qarşısında olmamasına əmin olduqdan sonra blokdan çıxaraq əks istiqamətdə qaçır. Müşgünaz Cəfərova hadisədən 20 dəqiqə sonra başa düşür ki, o dələduzluğa məruz qalıb. Dərhal ərazi üzrə 19-cu polis bölməsinə məlumat verib.

19-cu polis şobəsindən verilən məlumata görə, görüntülər əsasında həmin qadın axtarılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26