Interposta.Info

15 yaşlı oğlanın paraşütü açılmadı, yerə çırpıldı –

Ölkə
 19-12-2018, 17:21     10 381

Ukraynada 15 yaşlı oğlan faciəvi şəkildə ölüb.
14-cü mərtəbədən tullanmağa çalışan oğlan evdə hazırladığı paraşütünün açılamaması nəticəsində yerə çaxılaraq həlak olub. Hadisə Ukraynanın Makiivka şəhərində baş verib. 15 yaşlı Boqdan Firsov adlı oğlanın ölüm anı kameraya düşüb.

O, özü hazırladığı paraşütün istifadəsi üçün 14 mərtəbəli binanın başına çıxıb. Boqdanın paraşütlə tullanmasını izləməyə yığışan qohumları və anası çarəsizcə onun ölümünün şahidi olublar.

Bir neçə dəqiqə əvvəl oğlunu tullandığına görə alqışlayan qadın onun ölümündən şoka düşüb. O, hadisə yerini tərk etmək istəməyib.

Ekspertlər isə bildirib ki, paraşüt açılsa belə, o öləcəkdi. Çünki paraşütlə tullanmaq üçün minimum hündürlük 70 metr (təxminən 25 mərtəbəli bina) olmalıdır./minval.info

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26