Interposta.Info

"Jurnalistlərin binası"nda 3 yaşlı uşaq 16-cı mərtəbədən yıxılaraq ölüb

Ölkə
 8-06-2021, 20:02     386


Bakıda 3 yaşlı uşaq 16-cı mərtəbədən yıxılıb.

APA xəbər verir ki, hadisə Səbail rayonu 22 ünvanında (Jurnalistlərin ikinci binası) C blokunda qeydə alınıb.

Binaya qonaq gələn ailənin 3 yaşlı oğlan övladı 16-cı mərtəbədən pəncərədən yerə düşüb və hadisə yerində keçinib.

Hadisə yerinə hüquq-mühafizə orqanın və təcili yardım briqadasının əməkdaşları cəlb olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26