Interposta.Info

Mingəçevirdə 3-cü mərtəbədən

Ölkə
 26-05-2017, 14:42     481

Mingəçevir şəhərində üçüncü mətəbədən düşən uşaq sağ qalıb.

“Report” Şirvan bürosunun məlumatına görə, hadisə Mingəçevir şəhəri Abdulla Şaiq küçəsində qeydə alınıb.
Belə ki, həmin binanın 27-ci mənzilində yaşayan, 2014-cü il təvəllüdlü Vüqar Vüsal oğlu Nağızadə ehtiyatsız davranaraq binanın üçüncü mərtəbəsindən yerə yıxılıb. Sol ayağında sınıqlar və üz nahiyyəsində müxtəlif xəsarətlər alan azyaşlı dərhal Mingəçevir Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyi nəticəsində V.Nağızadə sağ qalıb.

Hazırda uşağın vəziyyəti stabildir, müalicəsi davam edir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26