Interposta.Info

Türkiyə vətəndaşı Gürcüstanda kazinoda bir qadını qətlə yetirib, digərini yaralayıb

Dünya
 24-11-2018, 12:21     466

Gürcüstanın Batumi şəhərində yerləşən kazinolardan birində qətl törədilib.

Hadisə ötən gecə saat 04:00 radələrində baş verib.

1961-ci il təvəllüdlü Türkiyə vətəndaşı qısqanclıq zəminində bıçaqla kazinoda Özbəkistan vətəndaşı olan 2 qadına hücum edib. Nəticədə ürəyindən bıçaq yarası alan 31 yaşlı qadın yerindəcə ölüb. Yaralanan digər 38 yaşlı qadın isə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin sabit olduğu bildirilir.

Polis cinayətkarı hadisə yerində saxlayıb. Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır. Türkiyə vətəndaşını 7 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26