Interposta.Info

Bakıda qayın yeznəsini qətlə yetirib, arvadını isə bıçaqlayıb

Ölkə
 20-06-2019, 23:22     10 438

Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.

APA xəbər verir ki, ilkin məlumata görə, rayonun Yeni Suraxanı qəsəbəsində təxminən 35 -40 yaşlarında olan Ərəsov Muşfiq Etibar oğlu bacısının əri tərəfindən bıçaqlanaraq qətlə yetirilib. O, ürəyindən iki bıçaq zərbəsi alıb və yerindəcə keçinib.

Hadisəni törədən şəxs daha sonra həyat yoldaşı, 1991-ci il təvəllüdlü Ərəsova Zülfiyyə Etibar qızına bir neçə bıçaq zərbəsi vurub. Yaralı qadın ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

***

Bakının Suraxanı rayonunda yeznəsini bıçaqla qətlə yetirən və baçısını ağır yaralayan şəxs hadisə yerindən qaçıb.

APA xəbər verir ki, o, Suraxanı Rayon Polis İdarəsi tərəfindən axtarışa verilib.

Məlumata görə, 1991-ci il təvəllüdlü Ərəsova Zülfiyyə Etibar qızı cinayət törədən ərindən boşanıbmış.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26