Interposta.Info

Məşuqəsini qətlə yetirən şəxs daha iki nəfəri ağır yaralayaraq qaçıb

Ölkə
 23-06-2017, 07:26     524

Bakının Yasamal rayonu ərazisində qətl hadisəsi törədilib.

"Report" xəbər verir ki, insident Nizami metrostansiyası yaxınlığında qeydə alınıb. Sözügedən ərazidə usta işləyən Sənan adlı şəxs Mahirə adlı məşuqəsi ilə mübahisə edib və onu vuraraq evdən qovub. Bununla kifayətlənməyən şəxs qadını təqib edib və onun kirayə qaldığı evə gəlib. Bu zaman onun qarşısına qadını müdafiə etmək istəyən ev yiyəsi, 1967-ci il təvəllüdlü Həsənova Mətanət Ağamalı qızı çıxıb. Lakin Sənan qarşısına çıxan qadını və onun köməyinə gələn oğlu, 1991-ci il təvəllüdlü Həsənov Laçın Gülbala oğlunu bıçaqlayıb. Bununla da hirsi soyumayan şəxs məşuqəsi Mahirənin ürək nahiyəsinə 4 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. Hadisəni törədən şəxs hadisə yerindən qaçıb. Hazırda onun tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

İnsident zamanı bıçaq xəsarəti alan ana və oğul xəstəxanalardan birinin Reanimasiya şöbəsinə yerləşdirilib.

interposta.info
bildirir ki, faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi açılıb.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26