Interposta.Info

Bakıda arvadının boğazını kəsərək öldürüb qaçıb şəxs yaxalanıb

Ölkə
 20-12-2017, 11:04     10 520

Bakıda qətl törədilib.

APA-nın məlumatına görə, Binəqədi rayonu, Binəqədi qəsəbəsi 3-cü mədən, korpus 124, ev 61 ünvanında yaşayan, 1965-ci il təvəllüdlü Rasim Qara oğlu Çəltikov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1967-ci il təvəllüdlü Arifə Həsən qızı Çəltikovaya boğaz nahiyəsindən bıçaqla xəsarət yetirib.

Qadın hadisə yerində keçinib. R. Çəltikov hadisə yerindən qaçıb. Ancaq hadisə yerindən qaçan şəxs ölkə ərazisini tərk etmək istəyərkən tutulub.

Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Rasim Çəltikov Rusiyaya qaçmaq istəyərkən tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26