Bakıda evə basqın edən maskalı şəxslər bir nəfərə xəsarət yetiriblər

Bakının Suraxanı rayonunda quldurluq hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Günəşli qəsəbəsi, "Q" massivi 27 ünvanında törədilib.
Belə ki, mənzilə daxil olan maskalı şəxslər orada 1982-ci il təvəllüdlü Sofiyeva Rəna Cavanşir qızına bir neçə bıçaq zərbəsi vurublar. Həmin şəxslər bundan sonra evi qarət ediblər. Yaralı qadın qonşuların köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Hadisə yerinə Surxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları cəlb edilib. Faktla bağlı Suraxanı RPİ-də cinayət işi başlanılıb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26