Bakıda qanlı olay: iki qıza 12 bıçaq zərbəsi endirildi

Səhər saat 5:00 radələrində Bakının Nizami rayonunda iki gənc qadın bıçaqlanıb.
Report xəbər verir ki, hadisə Qara Qarayev prospekti, ev 61 ünvanında yerləşən binanın giriş qapısının qarşısında baş verib.
1993-cü il təvəllüdlü Saramanova Vüsalə Əmiraslan qızı və onun 1985-ci il təvəllüdlü rəfiqəsi Mikayılova Elnarə Yanar qızına naməlum şəxs və ya şəxslər tərəfindən hər birinə 6 bıçaq zərbəsi vurulub. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26