Interposta.Info

Belə vəhşilik görülmədi: yeni doğulmuş uşaqlara balta və bıçaqla...

Ölkə
 22-09-2018, 19:30     10 525

Yeni doğulmuş uşaqlara bıçaq və balta ilə hücum edilib.

Publika.az xəbər verir ki, hadisə Nyu-Yorkda bir uşaq evində baş verib. 52 yaşlı qadın qəssab bıçağı və baltası ilə üç yeni doğulmuş uşağı yaralayıb. Qadın ona müdaxilə etməyə çalışan daha 3 nəfərə hücum edib.

Məlumata görə, uşaqların biri 3 günlük, biri 20 günlük, biri isə bir aylıqdır.

Dərhal hadisə yerinə gələn polis qadını zərərsizləşdirib. Onun şüurunun yerində olmadığı, daha sonra özünə gəldiyi bildirilir.

Polisin məlumatına görə, qadın qız uşaqlarından ikisinin qarnından, birinin isə qulaq, ağız və çənəsindən bıçaqlayıb. Uşaqlardan ikisinin vəziyyətinin kritik olduğu deyilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26