Interposta.Info

Azərbaycanda yeni doğulmuş qızı yol kənarına atdılar

Ölkə
 28-11-2017, 16:05     10 138

Ağstafa rayonunda yol kənarından yeni doğulmuş uşaq meyiti tapılıb.

Lent.az xəbər verir ki, Bakı-Qazax magistralının Köçəsgər kəndi yaxınlığından keçən hissəsində, yol ayrıcının kənarındakı ağacların altından ağ mələfə ilə bükülmüş yeni doğulmuş körpə qızın meyiti tapılıb. Uşağın öldükdən sonra atılması və ya oraya qoyulandan sonra ölməsi hələlik tam dəqiqləşməyib.

Körpənin meyitini isə ərazidə yaşıllaşdırma ilə məşğul olan işçi tapıb. O, bu barədə hüquq-mühafizə orqanlarına dünən günortadan sonra məlumat verib.

Qeyd edək ki, hadisə ilə bağlı ilkin məlumatı Report yayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26