Interposta.Info

Yeni doğulmuş körpə Pediatriya İnstitutunda öldü

Ölkə
 30-10-2017, 10:25     8 647

Bakı şəhər Yasamal rayonu ərazisində yerləşən K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda yeni doğulmuş körpə ölüb.

interposta.info Lent.az-a istinadən xəbər verir ki, Saatlı rayon Hacıqasımlı kənd sakini Mehdiyev Orxan Zaur oğlunun 8 aylıq dünyaya gələn oğlu 3 gün ərzində reanimasiya şöbəsində saxlanılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, O.Mehdiyevin xanımı ilk olaraq özəl xəstəxanalardan birində müalicə olunub. Daha sonra qadın yarımçıq dünyaya gətirdiyi körpəsi ilə Pediatriya İnstitutuna yerləşdirilib. Lakin həkimlərin səyləri bir nəticə verməyib və körpə vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26