Interposta.Info

Gəncədə DƏHŞƏT:

Ölkə
 2-09-2017, 20:24     10 435

Göygöl rayonunda qətl törədilib.

ARB 24 xəbər verir ki, hadisə Hacıməlikli kəndi yaxınlığında düzənlik adlanan yerdə qeydə alınıb. Gəncə sakini 31 yaşlı Tural Məmmədov həmin yerdə bıçaqlanaraq qətlə yetirilib.Qətli törədən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.

Gəncədə isə qadın bıçaqlanıb.

Hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb. Şəhər sakini 42 yaşlı Fərqanə Bayramovanı həyat yoldaşı bıçaqlayıb. Qadın döş qəfəsinin və qulağın kəsilmiş yarası xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, Fərqanə Bayramovanın işləməsinə etiraz edən həyat yoldaşı gecə işdən çıxan zaman ona bıçaqla hücum çəkib. Mübahisə zamanı tərəfləri sakitləşdirməyə çalışan qadının atası Mübariz Alsanov da xəsarət alıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26