Interposta.Info

Yarışda uduzan itini yerə vura-vura öldürdü - Sonra da bişirib yeyəcəyini söylədi (FOTOLAR)

Ölkə
 6-12-2017, 07:35     8 804

Çinli adam, it yarışları üçün satın aldığı tazı istədiyi nəticəni ala bilməyincə, zərərə uğradığı səbəbiylə heyvanı yerə vuraraq öldürdü, arxasından da bişirib yeyəcəyini söylədi.

Moderator.az xəbər verir ki, Çinin şimalında yaşanan hadisədə cani adam itini yerə vura-vura, olduqca acımasız şəkildə öldürüb. Çox qəzəbli görünən adamın bu hərəkəti ölkədə böyük etiraza səbəb olub.

Cib telefonu ilə çəkilmiş şəkillərdə, adamın yarışda uduzan itini havada qaldıraraq, bir neçə dəfə güclü zərbə ilə yerə çırpdığı görünür. İti yerə vura-vura söyüş söyən cani adam iti axşam yemək üçün bişirəcəyini də söyləyib.

Çinli adamın ölkənin ən böyük sosial media saytı olan "Weibo"ya yüklədiyi video qısa müddətdə 2,5 milyondan çox izlənildi.

interposta.info


Yarışda uduzan itini yerə vura-vura öldürdü - Sonra da bişirib yeyəcəyini söylədi (FOTOLAR)
Yarışda uduzan itini yerə vura-vura öldürdü - Sonra da bişirib yeyəcəyini söylədi (FOTOLAR)
Yarışda uduzan itini yerə vura-vura öldürdü - Sonra da bişirib yeyəcəyini söylədi (FOTOLAR)

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26