Türk tarixçi Mübarizdən danışdı: Erməniləri boğaraq... - Video
Türkiyənin Akit TV kanalında tarixçi Əhməd Anapalı coşqu ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında danışıb.
A24.az xəbər verir ki, tarixçi Mübariz İbrahimovun 50-dən çox erməni əsgərini necə öldürməsindən danışıb. Söhbətin davamında Əhməd Anapalı əllərini qaldıraraq bu cür qəhrəmanlar verdiyi üçün Rəbbinə şükür edib:
“Azərbaycanın bir igidi var, vura-vura gedir. Pəhləvan kimi bir adamdır. Bu insanlar manyak dərəcədə Vətən sevdalısıdırlar. Mübariz İbrahimov – Allah ondan milyon dəfə razı olsun. Təkbaşına 45 erməni əsgərini öldürüb, bir qismini də silahla deyil, boğaraq, vura-vura öldürüb. Baxın, Xalid Paşadan bir anda Mübariz İbrahimova gəldik. Rəbbimə şükürlər olsun, qəhrəmanlar bitmir. Allahım bu millətə qəhrəmanları verdikcə vermiş. Bu torpaqlarda qəhrəmanlar bitmir, bitməz”.
interposta.info
[frame=https://www.dailymotion.com/embed/video/x6djuqa" allowfullscreen allow="autoplay]
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

