Interposta.Info

 

Ölkə
 6-03-2017, 08:32     1 454

 

Filmlərdəki döyüş səhnələrində bir adamın onlarla düşməni məhv etməsini realda da həyata keçirən qəhrəmanlar var.

Dünyada düşmənlərin xatırlamağa belə qorxduğu 7 igid qəhrəman arasında Azərbaycanın "Rembo”su Mübariz İbrahimov 3-cü yeri tutur.

1988-ci ildə Biləsuvar rayonunda dünyaya gələn Mübariz 2010-cü ildə təkbaşına 1 km minalanmış ərazini keçərək Ermənistan ordusunun postuna hücum edib. Erməni Silahlı qüvvələrinin bölüyünə tək hücum edərək 45 erməni əsgərini öldürüb, postda ələ-keçirdiyi silah-sursatlarla 5 saat düşmənə qarşı tək vuruşub və qəhrəmancasına şəhid olub.

XebeBiz.az a24.az-a istinadəb oxuculara dünyanın müxtəlif ölkələrindən olan əfsanəvi qəhrəmanları təqdim edir:

7. Cek Çörçill –II Dünya Müharibəsində düşməninə qarşı yay və qılınclarla vuruşub. Təkbaşına alman ordusunun əsir düşərgəsini ələ keçirib.

6. Erik Hartman- Sovet pilotları onu "Qara şeytan” adlandırırdılar. II Dünya Müharibəsində təkbaşına 352 düşmən təyyarəsini darmadağın edib.

5. Vassi Zaitsev- II Dünya Müharibəsində ən yaxşı kəskin nişançı olub. Bir dəfəyə 40 əsgər öldürüb. Onu öldürməyi hədəfə alan 11 kəskin nişançını da öldürüb. 30-dan çox əməliyyatda iştirak edərkən 225 düşməni məhv edib. Gözündən yaralanaraq bu sahədən uzaqlaşmalı olub. 22 kəskin nişançı yetişdirib.

4. Əbu Əzrail- İraqlıdır, peşəsi müəllim olub. Düşmənlər onu "ölüm mələyi” adalandırırdılar. 1500 İŞİD-çi öldürüb, onu İraqın "Rembo”su adalandırırlar. O özünün hazırladığı balta və silahlardan istifadə edərək vuruşur.

2. Seyid Onbaşı- Türkiyənin əfsanəvi qəhrəmanlarındandır. Çanakkala müharibəsində ən yaxşı topçu olub. O, təkbaşına 275 kq-lıq mərmini topa qoyan əfsanəvi qəhrəmandır.

1. Simo Hayha- Rus əsgərlərinin kabusuna çevrilən bu döyüşçü təkbaşına 100 gündə 700 əsgər öldürüb. "Ağ ölüm” ləqəbli Hayha Finlandiya- Rusiya müharibəsində rus əsgərlərinə qan uddurub. Rusiya onu öldürmək üçün xüsusi ordu təşkil edib. Amma Simo onların da öhdəsindən məharətlə gəlib. Sonda Rusiya ordusu onun olduğu əraziləri bombalamağa başlayıb. Simo yaralanıb, amma mübarizəyə davam edib. Adını tarixə qızıl hərflərlə yazdırıb.

XebeBiz.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26