Interposta.Info

Qadın itini dişlədi

Ölkə
 8-08-2017, 09:12     10 394

Kanadanın paytaxtı Torontodakı metroda qadın öz itini dişləyib, onun üstünə qışqırıb və bir neçə dəfə onu vurub. Bu hadisəni görənlər videoya çəkərək YouTube kanalına yerləşdiriblər.

Rolikdən də görünür ki, sahibəsi itinə aramsız olaraq “bəsdir, dayandır” deyir. Amma bu arada itin olduqca sakit olduğu da görünür. Belə ki, it sakit şəkildə sahibəsinin dizlərinin altında dayanıb. Qadının bir neçə dəfə itin ağızlığını çıxardığı da görünür. Aradan bir neçə dəqiqə keçəndən sonra ona bir kişi yaxınlaşıb və qadından bu hərəkətlərinə son qoymasını istəyib. Həmin şəxs daha sonra maşinist kabinasına yönəlib. Qatar dayandırılıb, ona üç nəfər əməkdaş yaxınlaşıb və vaqondan çıxmasını tələb edib.

Bundan sonra qadın etiraz etmədən qatarı tərk edib. Bu haqda hadisənin şahidləri də yazıblar./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26