Interposta.Info

Bakı metrosunda dəhşət - Epilepsiyası tutan qadın relslərin üstünə düşdü, qatar üstündən keçdi

Ölkə
 13-02-2018, 21:34     10 486

Bakı Metropoliteninin "İnşaatçılar” stansiyasında 42 yaşlı qadın qatar gələn an relsin üstünə düşüb.

"XeberBiz" BakuPost-a istinadən xəbər verir ki, bu barədə Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib. Bildirib ki, xoşbəxtlikdən relslərin arasında qalan qadın heç bir xəsarət almayıb: "Həzi Aslanov"dan "Dərnəgül"ə gələn qatar "İnşaatçılar" stansiyasına çatan zaman qadının epilepsiyası tutub və relsin üstünə düşüb. Qatar isə onun üstündən keçib. Xoşbəxtlikdən qadın relslərin arasında qalıb. Heç bir xəsarət almayıb. Stansiyaya təcili tibbi yardım briqadası dəvət olunub və qadına müdaxilə edilib”.

Məlumata görə, 1976-cı il təvəllüdlü Məmmədova Sevinc Rafiq qızı 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb.

İnsidentlə əlaqədar qatarın hərəkətində 5 dəqiqə gecikmə olub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26