Interposta.Info

Yaşlı kişinin başı gicəlləndi, relslərin üstünə düşdü -

Ölkə
 1-05-2017, 14:43     515

Bu gün 70 yaşlı kişi "Bakı Metropoliteni” QSC-nin Əhmədli stansiyasında relslərin üzərinə yıxılıb.

interposta.info
xəbər verir ki, bu barədə BakiPost.az-a qurumun mətbuat xidmətinin rəisi Nəsimi Paşayev məlumat verib.

O bildirib, hadisə bu gün səhər 10:39 radələrində baş verib: "Xətai rayon sakini, 1947-ci il təvəllüdlü Qurban Əliyev Əhmədli stansiyasında relslərin üzərinə yıxılıb. Maşinist dərhal qatarı saxlayıb. Gərginliyi çıxardıqdan sonra sərnişin platformaya çıxarılıb. Sərnişin heç bir xəsarət almayıb”.

Nəsimi Paşayev qeyd edib ki, sərnişinin dediyinə görə, başı gicəlləndiyi üçün yıxılıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26