Interposta.Info

Dəhşət: Qatar ana və iki övladının üstündən keçdi (FOTO)

Ölkə
 26-07-2017, 07:30     10 462

Bu saatlarda Qazaxdan Bakıya gələn qatar 3 nəfəri vurub.

interposta.info
xəbər verir ki, sakinlərin Modern.az-a verdiyi məlumata görə, hadisə Tovuz rayonunun Zəyəm kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Ana və iki azyaşlı uşaq qəfildən hərəkət edən qatarın qarşısına çıxıb. Qatar gənc qadının başını bədənindən ayırıb. Başı relslərin arasında qalan qadının uşaqları da relslərin arasında qalaraq can verib. Onun intihar məqsədilə özünü qatarın altına atdığı ehtimal olunur.

Belə ki, qatarın maşinisti ilkin ifadəsində qadının relslərin üzərində oturduğunu bildirib. Qatar sürətlə hərəkət etdiyindən maşinist qatarı saxlaya bilməyib.

Hazırda Qazax-Bakı qatarı 1 saatdan çoxdur ki, Tovuzun Zəyəm kəndində dayanıb. Hadisə yerinə Tovuz rayon prokuroru və çox sayda polis əməkdaşı gəlib. Hadisə barədə araşdırma aparılır.

Əlavə məlumat veriləcək.
Dəhşət: Qatar ana və iki övladının üstündən keçdi (FOTO)

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26