Dünya maraq içində:
ABŞ-ın Kosmos və Havaçılıq Dairəsi Günəşin xarici çəpərinə bir kosmik aparat göndərəcək.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, NASA radikal bir vəzifəyə hazırlandığını açıqlayıb. Kosmik vasitə 2018-ci ilin yaz aylarında "Solar Probe Plus" uçuşu vasitəsi ilə reallaşacaq.
NASA-nın göndərəcəyi aparat Günəş haqqında yeni məlumatlar toplayacaq və kosmosdakı hava hadisələrini daha yaxşı təxmin etməmizi təmin edəcək. “Solar Probe Plus” adlı kosmos vasitəsi Günəşin atmosferi olaraq da bilinən tac kürəyini araşdıracaq.
Bu günə qədər Günəşə edilən ən yaxın uçuşun 7 qat daha yaxınına gedəcək vasitənin böyük bir radiasiyaya uğrayacağı gözlənilir. Vasitə heç bir kosmos vasitəsinin görmədiyi istiliyə məruz qalacaq.
NASA-dan verilən məlumata görə, Günəşin səthindən 6.4 milyon km uzaqlıqda orbitə oturacaq “Solar Probe Plus” tarixdə heç bir kosmos vasitəsinin görmədiyi 1400 dərəcə istilik və radiasiyaya məruz qalaraq günəşin xarici atmosferini araşdıracaq, ulduzlarla əlaqədar on illlərlə gözlənilən maraqlı suallara cavablar tapacaq.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26