Interposta.Info

Gələn ildən başlayır - Kosmosda olmaq istəyənlərə şad xəbər

Ölkə
 16-06-2019, 10:47     10 373

Kosmosa getmək bir çox insanın arzusudur. ABŞ-ın kosmos şirkəti “Bigelow” isə bu arzunu reallaşdırmaq üçün önəmli bir addım atıb.

Ötən həftələrdə ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Beynəlxalq Kosmos Stansiyasının turizmə açıldığını elan etmişdi.

Kosmosa səyahətin nə vaxt başlayacağı müzakirə mövzusuna çevrilərkən, məsələ ilə əlaqədar önəmli detallar üzə çıxıb.

“Bigelow Aerospace” Beynəlxalq Kosmos Stansiyası kosmosa səyahətlərin həyata keçiriləcəyini açıqlayıb.

Rəsmi açıqlama yayan stansiya yol qiymətinin adambaşına 52 milyon dollar olduğunu bildirib. Kosmos səfərləri üçün Elon Maskın “SpaceX” şirkəti ilə artıq anlaşma da əldə edilib.

Beynəlxalq Kosmos Stansiyasına 4 fərqli uçuş üçün “Crew Dragon” kapsulundan istifadə olunacaq.

“Bigelow”-dan bildirilib ki, uçuşların həyata keçirilməsi üçün “SpaceX”-in “Falcon 9” raketi və “Crew Dragon” kapsuluna görə NASA-dan sertifikat almalıdır. Bu prosedur başa çatdıqdan sonra turizm proqramının icrasına başlanılacaq.

NASA-dan verilən açıqlamaya görə, bir turist kosmoda maksimum 30 gün qala biləcək. Səyahətlərin 2020-ci ildən başlayacağı gözlənilir./teleqraf.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26