Interposta.Info

NASA yadplanetlilərin olduğunu açıqlayacaq -

Ölkə
 26-06-2017, 15:09     794

NASA tezliklə ağıllı yadplanetlilərin olduğunu açıqlayacaq.

Axar.az xəbər verir ki, bu barədə bəyanatı “Anonimus” hakerlər qrupu yayıb.

Qrup ABŞ-ın Elm, Kosmos və Texnologiyalar Komitəsinin son iclasında NASA nümayəndəsi professor Tomas Zurbuxenin çıxış etdiyini və bu çıxışı zamanı yadplanetlilər haqqında informasiyanın ictimaiyyətə açılmasının qaçılmaz olduğunu söylədiyini bildirib.

“Anonimus” professorun sözlərindən sitat da gətirib:

“Bizim sivilizasiya kosmosda yad həyatın olması ilə bağlı sübutların aşkar edilməsi ərəfəsindədir. Bütün fərqli həyat formalarının mövcudluğunu axtaran missiyaların fəaliyyətlərini nəzərə alsaq, biz tarixdə ən dərin, analoqu olmayan açılışla qarşıq-qarşıyayıq”.

“Anonimus” NASA-nın özünün kainatdakı tapıntıları haqqında ictimaiyyətə az da olsa məlumat verəcəyini bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26