Interposta.Info

NASA: Amerika zondu ilk dəfə Günəşə "toxundu" – İnanılmaz yenilik

Dünya
 15-12-2021, 12:02     355

Amerikanın "Parker Solar Probe" kosmik gəmisi ilk dəfə Günəşə "toxunub".

"İnterPosta" xəbər verir ki, bu barədə məlumatı NASA-nın mətbuat xidmətiyayıb. Mətbuat xidmətinin məlumatına görə, kosmik gəmi Günəş atmosferinin yuxarı təbəqələrindən keçərək oradan hissəciklər və maqnit sahəsi nümunələri götürüb.

NASA hesabatında qeyd edilir ki, bu hadisə "Günəşin öyrənilməsində irəliyə doğru nəhəng bir sıçrayışdır".

Kosmik agentliyin bildirdiyinə görə, Günəşi təşkil edən materiala toxunmaq alimlərə yaxınlıqdakı ulduzumuz və onun günəş sisteminə təsiri haqqında kritik məlumat verəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26