Interposta.Info

NASA-nın daha bir aparatı Marsa eniş etdi (VİDEO)

Dünya
 19-02-2021, 09:47     496

ABŞ-ın Aeronavtika və Kosmosun Araşdırılması İdarəsinə (NASA) məxsus "Perseverance” aparatı Marsa eniş edib. Aparatın Qırmızı planetə enməsi NASA-nın saytında da canlı olaraq yayımlanıb.

NASA xəbər verir ki, aparatın buraxılması və enməsi onun Mars atmosferinin üst qatına çatacağı zaman baş tutub. Onun sürəti əvvəlcə 20 000 km/saat, daha sonra 3,2 km/saat təşkil edib. Aparatın üç trosla Yezero kraterinə yumşaq şəkildə enməsi gözlənilirdi.

Bu, Marsa enən NASA-nın beşinci kosmik aparatıdır.

"Perseverance” Marsdakı çökmə süxurların xüsusiyyətlərini öyrənməklə yanaşı, həm də göyərtəyə quraşdırılmış xüsusi "kabinet”də bunların nümunələrini toplayacaq. Burada saxlanılan minerallar Marsa göndəriləcək Avropa Kosmik Agentliyi və NASA-nın xüsusi müştərək missiyası ilə planetimizə gətiriləcək. Həmin missiyanın 2026-cı ildən tez baş tutmayacağı da məlumdur. /APA

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26