1 ailənin 4 üzvünə qarşı DƏHŞƏTLİ CİNAYƏT:

Rusiyanın Tuva Respublikasında ikisi azyaşlı olmaqla bir ailənin 4 üzvü qətlə yetirilib.
Apa-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Ak-Dovurak şəhərində, beşmərtəbəli yaşayış binasının mənzilində qeydə alınıb.
Belə ki, yanğınsöndürənlər mənzildə baş vermiş yanğını söndürərkən 4 nəfərin meyitini aşkar ediblər. İlkin versiyaya görə, ərlə arvad çoxsaylı bıçaq zərbələrindən öldürülüb. 4 və 6 yaşında iki uşağı isə vanna otağında suda boğublar.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26