Interposta.Info

Bakıda 31 yaşlı gənc kirayədə qaldığı mənzildə intihar etdi –

Ölkə
 8-08-2018, 21:38     10 309

Qaradağ rayonu, Sahil qəsəbəsində intihar faktı qeydə alınıb.

Ölkə.az xəbər verir ki, 1987-ci il təvəllüdlü İbişov Bayram Əsgər oğlu kirayədə qaldığı fərdi yaşayış evində özünü iplə asıb. Mərhumun meyitini qonşular aşkar ediblər.

Hadisə yerinə gələn prokurorluq əməkdaşları araşdırmalar zamanı məlum ediblər ki, rayondan Bakıya işləməyə gələn Bayram fərdi əməklə məşğul olub, ancaq borcu olduğundan qazandığı pullarla onları ödəyə bilmirmiş. Elə bu səbəbdən də intihar yolunu seçib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda cinayət məcəlləsinin 125,9 ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26