Abşeronda məktəb direktorunun müavini intihar etdi - Təfərrüatlar
Xırdalan şəhərində dəhşətli intihar faktı qeydə alınıb
1988-ci il təvəllüdlü Nərmin Elman qızı Ağalarova yaşadığı F.Əhmədov küçəsi ev 1-in çardağında özünü asıb.
Hadisə günorta saat 14 radələrində qeydə alınıb. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin müayinələrə başlayıblar.
Qeyd edək ki, N.Ağalarova Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbində tədris işləri üzrə direktor müavini vəzifəsində işləyib. Mərhumun 2 azyaşlı övladı var.
Faktla bağlı Abşeron rayon prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hələlik saxlanılan şəxs yoxdur.(ölkə.az)
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26