Interposta.Info

Şəkidə ağır qəza:

Ölkə
 28-01-2017, 16:34     803

Şəkidə ağır qəza:
Hadisənin yolun sürüşkən olması səbəbindən baş verdiyi ehtimal edilir.

Hadisə səhər saat 08:20 radələrində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 28 km-də, Şəkinin Suçma kəndi ərazisində qeydə alınıb.

ARB Şəki xəbər verir ki, qəza zamanı Mingəçevir sakini Səmədov Elbrus Səməd oğlunun idarə etdiyi 10-SX-298 dövlət nömrə nişanlı VAZ-2104 markalı avtomobillə, Balakən sakini İbrahimov Vaqifin idarə etdiyi 08-BF-440 dövlət nömrə nişanlı NAZ Lifan markalı avtomobil toqquşub. Nəticədə VAZ-ın sürücüsü ağır bədən xəsarətləri alıb.

Xəsarət alan şəxs təcili olaraq digər avtomobilin sürücüsü və yoldan keçənlərin köməkliyi ilə Şəkinin Böyük Dəhnə kənd tibb məntəqəsinə çatdırılıb. Lakin VAZ-ın sürücüsü yolda dünyasını dəyişib.

Hadisənin ilkin olaraq yolun sürüşkən olması səbəbindən baş verdiyi ehtimal edilir.

Faktla bağlı Yol-Nəqliyyat Hadisələrinə Dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsində araşdırmalar aparılır.

Qeyd edək ki, NAZ markalı avtomobilin sürücüsü Qarabağ əlilidir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26