Interposta.Info

Bərdədə Şəhidlər Xiyabanında tikinti abadlıq işləri başa çatmışdır - FOTO

Müxtəlif
 2-03-2021, 23:51     532

Bərdə şəhərinin Şəhidlər Xiyabanında rayon İcra Hakimiyyəti tərəfindən ötən ilin noyabr ayından başlanan abadlıq, təmir-bərpa işləri tam başa çatmışdır.

İnterPosta.info
-nun məlumatına görə, Xiyabanda birinci Qarabağ müharibəsindən bəri olan şəhid məzarlarının kənarlarında qranit və mərmər döşəmə örtüyü, qranit lövhə və arxa divarlar təmir edilmiş, ərazidə texniki bərkitmə işləri aparılmış, əraziyə 1600 kvmetr tamet üzlük döşənmişdir. Xiyaban ərazisi dekorativ divarla ümumi qəbirstanlıqdan ayrılmış, yaşıllıq zolaqları yaradılmış, su sistemi quraşdırılmış, ad göstəricisi olan giriş qapısı, şəhid bulağı kompleksi, işıqlandırma sistemi bərpa olunmuş, oturacaqlar və çöp qabları quraşdırılmışdır. Xiyabanın girişinə, ana yol və keçidlərə asfalt örtük verilmişdir. Şəhidlər Xiyabanı kompleksi şəhid ailələrini, ümumilikdə ziyarətçiləri razı salacaq səviyyədə dizayn baxımından da səliqə ilə işlənmişdir.
Bununla yanaşı kənd qəbirstanlıqlarında dəfn olunan şəhidlərimizin məzarlarının götürülməsi işi də tamamlanmışdır.

Allah şəhidlərimizə rəhmət etsin!

İnterPosta.info




Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26