Interposta.Info

Yardımlıda Şəhidlər Xiyabanı baxımsızlıqdan dağılıb - Rayon rəhbərliyi hara baxır? + VİDEO/FOTO

Ölkə / Manşet
 31-12-2020, 15:55     2 867

Yardımlı rayon Şəhidlər Xiyabanında ürək ağrıdan mənzərə hərkəsə təsir edib.

Şəhidlərə qarşı edilən bu hörmətsizlikdən şəhid ailələri və rayon sakinləri çox qəzəblənibdir.

İnterPosta.info
xəbər verir ki, Vətən müharibəsindən qayıdan könüllülər Şəhidlər Xiyabanın ziyarət edərkən Şəhidlər Xiyabanını baxımsızlıqdan dağıldığının şahidi olublar.


Buna şahid olan rayon sakinləri redaksiyamıza bildiriblər ki, yerli məmurlar öz mənzillərin vaxtı-vaxtında təmir etdirirlər, amma şəhidlərimizin xatirə kompleksin təmir etdimirlər.

Buna səbəb nədir?

Yardımlı rayon icra hakimiyyəti rəhbərliyi mənzillərinə göstərdiyi qayğıdan birazda rayonun Şəhidlər Xiyabanına göstərsələr onlarında vətənə olan sevgisini görmək olardı, çox təssüf ki, bu belə deyil!..

Yardımlı rayon icra hakimiyyətinin başçısı Mahir Mirzəyevin tək Yardımlı rayonundakı mənzili (evi) buna numunədir!



Görəsən Yardımlı rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov müqəddəs Şəhidlər Xiyabanına olan qayğısızlığa, hörmətsizliyə rayon rəhbəri kimi niyə göz yumur?

Mövzu ilə bağlı youtube üzərindən yayımlanan Media TV-nin təqdim etdiyi kadırları izləyə bilərsiniz:



Adları çəkilən şəxisləri və rayon icra hakimiyyətinin mövqeyin dinləməyə hazırıq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26